Ermənistanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrin keçmiş hərbçisi Naira Gevorqyanın "düşmənin Meqri istiqamətində" guya sızma cəhdi ilə bağlı bəyanatına cavab verib.
"Yeni Sabah" xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunur:
“Silahlı Qüvvələrdəki şərəfsiz xidmətinə görə, yumşaq desək, “fərqlənən” şəxsin bəyanatı təkcə dezinformasiya deyil, həm də Ermənistan Respublikasına, onun dövlət qurumlarına və ordusuna qarşı növbəti uğursuz informasiya hücumu cəhdidir. pizza
Media tərəfdaşlarımızı bu cür böhtanı təkrar çap etməkdən çəkinməyə və Ermənistan Respublikası ətrafında hibrid təhdidlərin yaradılması ilə bağlı qınana bilən prosesə müdaxilə etməməyə çağırırıq.
Eyni zamanda, inanırıq ki, aidiyyatı orqanlar da bu bəyanatı araşdıracaq və ona hüquqi qiymət verəcəklər”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda "düşmən" sözünə aydınlıq gətirilməsə də, AZərbaycanın nəzərdə tutulduğu ehtimal olunur.
Telegram kanalımız