Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiya başladı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiya başladı - Video

Hadisə

23 Noyabr 2020 14:29 864


Ermənistan Müdafiə Nazirliyinin inzibati binasının qarşısında etiraz aksiyası keçirilir. 

Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, aksiya keçirənlər Qarabağ savaşında itkin düşənlərin ailə üzvləridir. Onlar keçmiş Müdafiə naziri David Tonoyanla görüş tələb edirlər. Aksiya iştirakçıları bildiriblər ki, keçmiş nazir onların suallarına cavab verməlidir.

Aksiya iştirakçılarının qarşısına hakim “Mənim Addımım” parlament fraksiyasının deputatı Andranik Köçəryan çıxıb. O etirazçıları əmin edib ki, bu məsələ hökumətin iclasında müzakirə ediləcək.  Dominos pizza

O həmçinin məsələnin Rusiya rəhbərliyi ilə də müzakirə olunduğunu deyib.

Hazırda aksiya iştirakçıları Müdafiə Nazirliyinin qarşısında dayanaraq izahat gözləyirlər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!