Ermənistan Müdafiə Nazirliyində müəmmalı qovulma

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Müdafiə Nazirliyində müəmmalı qovulma

Dünya

28 Mart 2025 16:43 340


Ermənistan prezidenti Vahan Xaçatryanın sərəncamı ilə Müdafiə nazirliyinin Silahlanma və Texniki təchizat idarəsinin rəisi Mger Şirinyan vəzifəsindən azad edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu qovulma sadə kadr dəyişikliyi kimi görünsə də, Şirinyanın adı son dövrlərdə ölkədə səs-küyə səbəb olan cinayət işlərindən birində hallandığı üçün məsələ cəmiyyətdə xüsusi diqqət doğurub.

Şirinyan, Müdafiə Nazirliyində çalışdığı müddətdə silah və texniki təchizatla bağlı dövlət satınalmalarında şəffaf olmayan fəaliyyətlərdə ittiham olunur. pizza

İddialara əsasən, o, müəyyən şirkətlərə qanunsuz üstünlük verərək dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunmamasına səbəb olub və səlahiyyətlərini aşaraq qərarlar qəbul edib. Bu hallar ölkə qanunvericiliyinə zidd olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib. Onun barəsində açılmış cinayət işi hazırda araşdırma mərhələsindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!