Ermənistan müxalifəti 4 nazirliyin işini iflic etmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan müxalifəti 4 nazirliyin işini iflic etmək istəyir

Rəsmi

24 May 2022 09:48 811


Ermənistanda müxalifətin etiraz aksiyaları davam etməkədədir.

Yenisabah.az "Hraparak"a istinadla xəbər verir ki, müxalif lider, parlamentin vitse-spikeri İşxan Saqatelyan tərəfdarlarını Ermənistan XİN-in binasının qarşısını bağlamağa çağırıb:

"Bununla yanaşı Respublikaçılar Partiyası, "Daşnaksutyun" və Vətən Partiyasının üzvlərinin mənzillərində polis tərəfindən axtarışlar başlayıb. Saat 8-dən isə Fransa meydanından “Müqavimət” hərəkatının Xarici İşlər Nazirliyinə yürüşü başlayıb. pizza mizza

Hərəkatın lideri İşxan Saqatelyan yerindəcə 4 nazirliyin girişini bağlamağa çağırıb. O, binanın erməni maraqları ilə heç bir əlaqəsinin olmadığını, nə qədər az işləsə, erməni maraqlarına bir o qədər az ziyan vuracağını bildirdi. Polis əməkdaşları hökumət binalarının girişlərini bağlaya bilməyiblər. Çıxış edənlər Brüsseldəki biabırçı danışıqlardan danışırlar", - deyə erməni nəşri vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!