Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

Dünya

15 Mart 2021 14:19 642


Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

Yenisabah.az xəbər verir ki, layihə qanunverici orqanın Müdafiə və təhlükəsizlik komissiyasına təqdim olunub.

“2020-ci il sentyabrın 27-də elan olunan hərbi vəziyyət rejiminin ləğvini təklif edirik”, - “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan bildirib. pizza mizza

Onun sözlərinə görə, Ermənistandakı de-yure hərbi vəziyyət rejimi ölkədəki şəraitiə uyğun deyil və siyasi proseslərə mane olur. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!