Ermənistan müxalifəti: “Paşinyan iqtidarı məhkəmə azadlığına maneə törədir“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan müxalifəti: “Paşinyan iqtidarı məhkəmə azadlığına maneə törədir“

Rəsmi

03 Fevral 2022 18:16 728


Ermənistan Milli Məclisinin “Hayastan” və “Pativ unem” (Şərəfim var) fraksiyaları birgə bəyanat yayıb.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, müxlif partiyalar Ermənistan hakimiyyətini məhkəmə azadlığına maneə törətməkdə ittiham edib:

“Ermənistanda icra hakimiyyəti məhkəmələrin müstəqilliyinə növbəti hücuma keçib. Sivil dünyada misli görünməmiş bir haldır ki, hüquq-mühafizə orqanları hakimin apellyasiya şikayətinə etiraz etmək əvəzinə, onu məhkəməyə verirlər. Marqarita pizza

Bu, elə bir vəziyyət yaradacaq ki, məhkəmə sistemi hüquq-mühafizə orqanlarından asılı alətə çevriləcək. Bu qanunsuzluqlar zənciri Ali Məhkəmə Şurasının yekdil dəstəyi, beynəlxalq ictimaiyyətin, Ermənistanda akkreditə olunmuş səfirlərin səssizliyi ilə baş verdi".

"Biz beynəlxalq təşkilatların diqqətini öz mandatlarına uyğun olaraq Ermənistanda demokratiyanın iflasa uğraması ilə bağlı dəhşətli faktlara cavab verməyə və öz məsuliyyət payını dərk etməyə çağırırıq”, - deyə bəyanatda vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!