Ermənistan müxalifəti xalqı küçələrə səslədi:   “Bu satqın...” - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan müxalifəti xalqı küçələrə səslədi: “Bu satqın...” - Video

Dünya

11 Noyabr 2020 14:03 1767


Ermənistanda siyasi həbslər başlayıb.

Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu gün müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan İrəvanın Azadlıq meydanından həbs edilib. Bu barədə partiyanın yetkilisi Ripsime Arakelyan məlumat yayıb.

“Millət küçəyə çıxın, elə indilərdə Azadlıq meydanından “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı həbs etdilər. Həmçinin partiya üzvü olan deputatlar da həbs olunub. Tez gəlin, satqın, torpaqları təslim edən adam dələduz hərəkətlərə başlayıb. Qalxın!”, - deyə o bildirib. Toyuqlu pizza

“Hələ başlamamış dinc mitinqə qatıldığım üçün tutuldum”. Bu sözləri isə hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkədə yazıb.

O daha sonra qeyd edib: “Torpağı təslim edən xain zorla hakimiyyətdə qalmağa çalışır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!