Bu gün axşam saatlarında İrəvanın Fransa meydanında “Biz hansı Ermənistan uğrunda mübarizə aparırıq” mövzusunda müzakirələr keçiriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Facebook”dakı “Ermənistan” blokunun səhifəsində məlumat paylaşılıb.
Daha əvvəl İrəvanda iqtidar əleyhdarlarının mitinq və yürüşü planlaşdırılmadığı bildirilmişdi. Sezar pizza
"Müqavimət Hərəkatı"nın koordinatoru, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan bir müddət əvvəl bildirib ki, gələn həftə əvvəlcədən elan olunacaq itaətsizlik aksiyaları davam etdiriləcək.
Telegram kanalımız