Ermənistan bu il NATO-nun “Defender Europe 21” təlimlərinə qatılmayacağını bildirib.
Yenisabah.az “Interfax”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Ermənistan təmsilçilərinin təlimlərin planlaşdırılması prosesində iştirak etmədiyi açıqlanıb. Pepperoni pizza
Rəsmi İrəvan NATO ilə “Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı” çərçivəsində əməkdaşlıq edir. Bunun sayəsində 2004-cü ildən bəri erməni sülhməramlıları Kosovo, Əfqanıstan, Livan, Suriyada xidmət edir.
Erməni mütəxəssislər humanitar minatəmizləmə və tibbi yardımla məşğul olurlar.
Telegram kanalımız