Ermənistan Naxçıvanla bağlı öhdəliyini yerinə yetirir – Əvəzində...

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Naxçıvanla bağlı öhdəliyini yerinə yetirir – Əvəzində...

Siyasət

10 Sentyabr 2024 09:19 2998


Ermənistan Azərbaycana növbəti dəfə güzəştə getməyə hazırlaşır. Bu dəfə Mehridən yol veriləcək.

Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Mesrop Arakelyan deyib.

Erməni şərhçi bildirib ki, rəsmi İrəvan Mehridən keçən yola özəl şirkətin nəzarətindən bəhs edir: “Əslində bu, Azərbaycana Naxçıvana çıxış üçün maneəsiz keçidin veriləcəyinin rəsmi şəkildə bəyan edilməsi deməkdir. Bunun müqabilində Ermənistan heç nə əldə etmir. Ermənistan Azərbaycana yol verəcək, əvəzində heç nə almayacaq”. Dominos pizza

Mesrop Arakelyan qeyd edib ki, Ermənistan 10 noyabr razılaşmasında götürdüyü öhdəliyi yerinə yetirir.

“Bu, Naxçıvanla bağlı öhdəlikdir və Ermənistan Azərbaycana muxtar respublikaya çıxış üçün yol verəcəyi öhdəliyini götürüb. İndi də ardıcıl şəkildə bunu icra edir”, - o bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!