Ermənistan nə qədər itki verib?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan nə qədər itki verib?

Rəsmi

13 Sentyabr 2022 09:57 17045


Gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmalar nəticəsində erməni tərəfi itkilər verib. Bu gün Ermənistan mətbuatı itkilərlə bağlı ilkin məlumatları yayıb.

Modern.az xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin azı 10 hərbçisi yaralanıb. 

Yaralı hərbçilər Martunidə (Aşağı Qaranlıq-red) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili İrəvana aparılıblaar. Sezar pizza

Ölənlərin sayı hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyi itkilərin olduğunu, lakin rəqəmlərin dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!