Ermənistan Nurlan İbrahimova qarşı cinayət işi açdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Nurlan İbrahimova qarşı cinayət işi açdı

İdman

07 Noyabr 2023 12:05 3194


Bir tərəfdən sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan, digər tərəfdən ənənəvi xislətindən əl çəkmir. 

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, işğalçı ölkə 44 günlük müharibə ilə bağlı cinayət işi çərçivəsində Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi açıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Marqarita pizza

Bundan başqa, Ermənistan Azərbaycana qarşı AİHM və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırıb.

Qeyd olunur ki, “Qarabağ” futbol klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimova qarşı da cinayət işi başlanıb.

Qeyd edək ki, Nurlan İbrahimov Ermənistanın Gəncə və Bərdədə dinc sakinləri bombalamasından sonra sosial şəbəkədə emosional status yazmış və daha sonra onu silmişdi.

Əlavə edək ki, həmin statusa görə N.İbrahimov futboldan ömürlük uzaqlaşdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!