Ermənistan ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldıra bilmir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldıra bilmir

Dünya

17 Oktyabr 2020 11:59 1219


Ermənistan silahlı qüvvələri hərbçi qıtlığını qadınların hesabına aradan qaldırmağa çalışır.

Yenisabah.z “news.am”a istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan qadınların ordu sıralarına qoşulmaq istəyi ilə bağlı məsələni “Facebook” səhifəsində yazıb.

O, erməni qadınlarının ordu sıralarına qoşulmasına “Aslanın erkəyi-dişisi olmaz” kimi müxtəlif bəlağətli ifadələrlə don geyindirməyə səy göstərib. Dördpendirli pizza

Əslində, bu, Ermənistan ordusunda hərbçi qıtlığının göstəricisini aradan qaldırmaq üçün atılan addımdır. Bu ölkənin vətəndaşları öz övladlarını onlara aid olmayan torpaqlarda gedən döyüşə göndərmək istəmir. Ermənistanın Qarabağa yerləşdirdiyi terrorçu və muzdlular döyüş meydanında canlı qüvvə çatışmazlığını aradan qaldıra bilmir.

Ona görə də Ermənistanın təbliğat maşını yeni varianata əl atıb. Ermənistan cəmiyyətində müharibəyə getməyi şərəfləndirmək üçün guya qadınların, qızların könüllü olaraq döyüşə qatılmaq istədikləri təbliğ edilir. Ovannisyanın paylaşımı da buna xidmət edir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!