Ermənistan Milli Məclisinin deputatı Tiqran Abramyan “Facebook” səhifəsində Ermənistan hökumətinin 24 milyon dram ödəmək müqabilində 4,5 ay müddətinə hərbi xidmət keçmək layihəsindən danışıb.
Yenisabah.az həmin statusu təqdim edir:
“Hökumətin təşəbbüsü ilə dövriyyəyə buraxılan, 24 milyon dram ödənilməsi və cəmi 4,5 ay orduda hazırlıq mərhələsindən keçməyi nəzərdə tutan layihə tamamilə qəbuledilməzdir. pizza hut
Bu, nəinki ölkədə sosial ədalətsizliyə, həm də sosial münasibətlərdə də böhrana gətirib çıxaracaq.
Bundan əlavə, bu, düşüncənin, ideyanın, və konseptuallığın dalana dirənməsinə aparan təşəbbüsdür. Təşəbbüsün motivləri isə heç də az təhlükəli deyil.
Səlahiyyətlilərin fikrincə, bu, müqavilə ilə işləyənlərin maaşlarını artırmağa imkan verəcək. Yəni bizi inandırmaq istəyirlər ki, ölkədə pul yoxdur, yaxud da ölkənin müdafiəsini yerinə yetirən müqaviləli heyətin maaşını qaldırmağa pul yoxdur.
Ermənistanda büdcədən qidalanan çoxlu sayda strukturların böyük mükafat ödənişi fondları var. Hökumət isə buna baxmayaraq, büdcə pullarını prioritetlərinə uyğun istifadə etmir, habelə onların ifrat səmərəsizliyindən danışmır. Belə çıxır ki, çətin vaxtlarda ölkənin yüklərini daşıyan hərbçilər üçün büdcə də pul yoxdur.
Bir daha qeyd etmək istəyirəm ki, sıravilərdən tutmuş zabitlərə qədər silahlı qüvvələrimizin hərbçilərinin sosial-məişət şəraiti orta səviyyədən yüksək olmalıdır, çünki bu insanlar kifayət qədər ağır və çətin şəraitdə təhlükəsizliyimizi təmin edirlər.
Onlar ordunun arxasında dövlətin varlığını hiss etdirməməklə yanaşı, üstəlik, apardıqları siyasət nəticəsində də daim yeni təhlükənin yaranmasına xidmət edirlər”.
Telegram kanalımız