Ermənistan ordusu bu ərazilərdən geri çəkilir:   Əmr verilib ki...

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusu bu ərazilərdən geri çəkilir: Əmr verilib ki...

Siyasət

14 Aprel 2025 09:11 6380


Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir.

Publika.az xəbər verir ki, “Hayekve” vətəndaş assosiasiyasının üzvü, siyasi ekspert Avetik Kerobyan orduya sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edir.

Onun iddiasına görə, Tavuşda hərbçilərə mövqelərindən enmək tapşırığı verilib. pizza mizza

“Onlara deyilib ki, “bu əraziləri tərk edin”. Çünki həmin istiqamətdə sərhədin delimitasiyası aparılacaq və müəyyən ərazilər Azərbaycana təhvil veriləcək. Yaxın gələcəkdə Azərbaycan ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq”, - o bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!