Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Hadisə

19 Aprel 2024 19:16 696


Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək.

Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!