Ermənistan Müdafiə Nazirliyi Sünikdə 3 əsgərin cəsədinin tapılması ilə bağlı rəsmi araşdırma təyin edib.
Yenisabah.az "ArmLur.am" saytına istinadla xəbər verir ki, istintaq başa çatana qədər hərbi hissənin məsul şəxslərinin səlahiyyətləri dayandırılıb.
Müdafiə Nazirliyi vəzifəli şəxslərdən hansının hərəkətsizlik göstərdiyini anlamağa çalışır. Dördpendirli pizza
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın əmri ilə bəzi zabitlər işdən çıxarılıb.
İşdən çıxarılanlar Sisian hərbi polis idarəsinin rəisi, polkovnik-leytenant Artur Qriqoryan və Qoris hərbi hissəsinin komandiri Araik Minasyandır.
Xatırladaq ki, avqustun 19-da saat 01:30 radələrində N saylı hərbi hissənin döyüş mövqeyində güllə yarası ilə əsgərlər Murad Muradyan, Levon Arutyunyan və Qor Saakyanın cəsədləri tapılıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi başlanıb.
Elə həmin gün saat 17:40 radələrində cinayəti törətməkdə şübhəli bilinərək, çağırışçı əsgəri A.A. həbs olunub.
Telegram kanalımız