Ermənistan ordusunda həbslər başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunda həbslər başladı

Kriminal

16 Noyabr 2020 17:18 5652


Ermənistan ordusunda həbslərə start verilib. 

Yenisabah.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitəsinin rəhbəri Vitali Voskanyan Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlərin həbs edildiyini bildirib.

"Hərbçilərin əsassız şəkildə ölümünə səbəb olan hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”, - deyə Voskanyan bəyan edib. Dördpendirli pizza

Onun sözlərinə görə, Cəbrayıl istiqamətində yerləşən hərbi hissənin zabitləri barədə cinayət işi başlanıb. Onların təqsirini sübut edən kifayət qədər dəlil toplanıb.

"Topladığımız bütün materiallar İstintaq Komitəsinə göndəriləcək", - deyə o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!