“Ermənistan ordusunda koronavirus sürətlə yayılacaq, fəlakət yaşanacaq”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan ordusunda koronavirus sürətlə yayılacaq, fəlakət yaşanacaq” - Politoloq

Dünya

04 Avqust 2020 14:03 1891


Ermənistan ordusunda aclıq, intihar, gənc əsgərlərin döyülməsi kimi hallar geniş yayılıb. Son günlər isə orduda koronavirus yayılmağa başlayıb. Ermənistan Müdafiə Nazirinin sözçüsü Şuşan Stepanyan da bunu təsdiq edib. Nazirlik rəsmisi bildirib ki, 1 iyul-hərbi xidmətə çağırış başlayan gündən iyulun 30-na kimi Ermənistan ordusunun 30 əsgərində koronavirus aşkarlanıb. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, əgər Ermənistanda yeni gəncləri orduya cəlb edirlərsə, onların içərisində virusa yoluxanlar az olmayacaq. Bu isə orduda virusun daha geniş həcmdə yayılması ilə nəticələnə bilər:

“Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf etmişdi ki, Ermənistanda 200 min nəfər virus daşıyıcısının olması mümkündür, sadəcə onlar qeydiyyatdan keçməyiblər. Bu, əhalisi 3 milyon nəfərdən az olan Ermənistan üçün fəlakətli bir rəqəmdir. Aydındır ki, əgər yeni gəncləri orduya cəlb edirlərsə, bunların içərisində virusa yoluxanlar az olmayacaq. Belə olan halda isə orduda virus daha çox yayıla bilər və bu, onlar üçün daha böyük fəlakətə səbəb olar. Amma başqa əlacları da yoxdur, buna mane ola bilməzlər, çünki həm maliyyə, həm insani resursları azdır. Tovuz döyüşləri, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistan Müdafi Nazirliyini məcbur edir ki, olan qüvvələrini birləşdirsin, səfərbərlik elan etsinlər. Bunu etdikdə isə orduda virusun yayılmasını gözə almalıdırlar”.  Dördpendirli pizza

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!