Ermənistan ordusunda qiyam: 3-cü ordu alayında qarşıdurma

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunda qiyam: 3-cü ordu alayında qarşıdurma

Siyasət

29 Oktyabr 2020 07:40 1779


Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib.  Bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir.  

“Yeni Sabah” musavat.com-a istinadən xəbər verir ki, muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar)  kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər.  Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün polka gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbə bildirir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.  

Xatırladırıq ki, Azərbaycan ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verməyə hazırdır.  Bu, dəfələrlə elan edilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!