Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti döyüş mövqeyini itirdiyinə görə həbs edilib.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.
Həbs olunan zabitin adı açıqlanmır. Bildirilib ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib. Sezar pizza
Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb.
Telegram kanalımız