Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, - xəbərdə deyilir. Dominos pizza
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb.
Telegram kanalımız