Ermənistan ordusunun generalı həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunun generalı həbs edildi

Rəsmi

17 İyun 2022 12:21 1114


Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib. 

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırdığı cinayət işi üzrə saxlanılıb. pizza hut

Məlumata görə, genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen Arutyunyan ilə Ermənistan Müdafiə Nazirliyindən xüsusilə külli məbləğdə maliyyə vəsaitini mənimsəmək məqsədilə Çexiya istehsalı olan bir milyon dollar dəyərində artilleriya sistemi alınıb. Halbuki onun qiyməti daha ucuz olub. Başqa bir iddiaya əsasən, 1 milyon 83 min dollar məbləğində imzalanan müqavilə nəticəsində tədarük edilən artilleriya sisteminin isə döyüş tapşırıqlarnın icrasında yarasız olduğu aşkarlanıb. Onun imzası ilə alınan silah və texnikadan 44 günlük müharibədə istifadə etmək mümkün olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!