Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı - Fotolar

Rəsmi

29 İyun 2021 19:42 1837


“Ermənistan Müdafiə Nazirliyi  hələ də  kamuflyajın əsaslarını öyrənməyib. Adi azərbaycanlıların “Bayraktar”lara belə ehtiyacları yoxdur, sadəcə, “Google maps”la düzgün davranmağı bacarmaq kifayətdir”.

Yenisabah.az xəbər verir ki, bunu  qəsbkar Ermənistanın “AntiTuran” teleqram-kanalı yazıb. Pepperoni pizza

Erməni zabitlərinə “utanın, yoldaş zabitlər!” yazan nəşr  Ermənistan ordusunun Xankəndi, Xocalı şəhərlərində, eləcədə Xocalı rayonunun Ballıca kəndindəki döyüş texnikalarının peyk görüntülərini təqdim edir.

“Peyk foto-şəkilləri Stepanakert(Xankəndi-S.L.) şəhərində təmir olunan hərbi texnikanı nümayiş etdirir.

10 ədəd “D-20” və “Qiatsind-B” (səhra topları, haubitsalar) və PDM.

4-cü foto.

Aygestan kəndi(Xocalı rayonu Ballıca kəndi) yaxınlığında, haubitsalı yük maşınları:

7 ədəd “D-20” və 8 ədəd “D-30” haubitsaları.

5-ci foto.

İvanyanda(Xocalı şəhəri- S.L.) “D-44” və “D-30” haubitsalı 8 yük maşını.

Bu hərbi hissələrin bütün koordinatları  Azərbaycan teleqram-kanallarında  gəzir”.

-erməni telekanalının məlumatında belə deyilir.

Qeyd: Erməni teleqram-kanalında “4-cü foto” kimi qeyd edilən  görüntü  bizim xəbərdə baş foto kimi, “5-ci foto” kimi təqdim edilən  şəkil isə  mətndə 2-ci olaraq verilib./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!