“Ermənistan öz ərazisində Azərbaycan əsgərlərinin olması ilə barışmalıdır“   - Ruben Safrastyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan öz ərazisində Azərbaycan əsgərlərinin olması ilə barışmalıdır“ - Ruben Safrastyan

Rəsmi

30 İyul 2021 12:27 9562


“Aydındır ki, Türkiyə və Azərbaycanın hazırkı mərhələdə həyata keçirmək istədikləri əsas vəzifə rəsmi İrəvanın bir sıra vacib sahələrdə müəyyən güzəştlərə getməsi üçün Ermənistana təzyiqi artırmaqdır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu türkoloq Ruben Safrastyan iyulun 30-da jurnalistlərlə görüşündə bildirib.

Ekspertin sözlərinə görə, məsələ Qarabağın statusu ilə bağlıdır, üstəlik, Ermənistan öz ərazisində Azərbaycan əsgərlərinin olması ilə barışmalıdır. pizza sifarişi

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin zəruriliyinə dair son təklifini şərh edən türkoloq bildirib ki, KTMT bu təklifi nəzərdən keçirməli və ciddi şəkildə müzakirə etməlidir. "Əgər bu dəfə KTMT əsas funksiyalarını həyata keçirə bilməyəcəksə, bu, təşkilatın gələcəyini çox böyük bir sual altına qoyacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!