Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıb

Hadisə

21 Noyabr 2020 09:11 919


Ermənistanın Milli Məclisi Aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "News.am"a onun vəkili Akop Yenokyan bildirib.

Yenokyanın sözlərinə görə, Saqatelyan hakimiyyət əleyhinə mitinqlərin təşkilində şübhəli bilinir. Dominos pizza

O, qeyd edib ki, məhkəmədə Saqatelyanın saxlanılmasına etiraz etməyə hazırlaşır.

Xatırladaq ki, noyabrın 10-da Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaçılar işğalçı ölkənin ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətinə etiraz əlaməti olaraq Paşinyanın istefasını tələb edirlər. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!