Ermənistan parlamenti yeni tərkibdə işə başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamenti yeni tərkibdə işə başladı

Rəsmi

02 Avqust 2021 10:35 776


Bu gün 8 -ci çağırış Ermənistan Milli Məclisinin ilk iclası başlayıb.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, ilk iclasda millət vəkilləri gizli səsvermə yolu ilə parlamentin sədrini və onun müavinlərindən birini seçəcək. Namizədlərdən biri müxalifətin nümayəndəsi olmalıdır.

Seçkilərdə qalib gələn Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası, əvvəlki parlamentdə vitse-spikerlərdən biri olan Alen Simonyanı parlamentin spikeri vəzifəsinə irəli sürüb. Dördpendirli pizza

Yeni parlamentdə 107 millət vəkili var. "Vətəndaş Müqaviləsi" partiyası 71 mandat alıb. "Ermənistan" bloku 29, "Şərəfim var" bloku 7 mandat sahibidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!