Ermənistan parlamentində dava: Sərkisyan zalı tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentində dava: Sərkisyan zalı tərk etdi

Dünya

03 Noyabr 2025 21:30 444


Noyabrın 3-də Ermənistan parlamentində deputatlar arasında əvvəlcə mübahisə, sonra isə fiziki qarşıdurma olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, qapalı keçirilən iclasda təhlükəsizlik orqanları ilə bağlı məsələ müzakirə olunub. Qapalı iclas başlayandan bir müddət sonra zaldan yüksək səslər eşidilib, daha sonra 10 dəqiqəlik fasilə elan edilib. Bəzi məlumatlara görə, buna səbəb hakim Mülki Müqavilə Partiyasından olan deputat Hayk Sərkisyanın qadağan edilsə də, iclasa notbuk gətirməsi olub. Dominos pizza

Paşinyanın müttəfiqləri ondan notbuku zaldan çıxarmağı tələb etsələr də, Sərkisyan imtina edib və bu, mübahisəyə səbəb olub. Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra o iclas zalını tərk edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!