Ermənistan parlamentində mübahisə - Bu yol Azərbaycanın nəzarətinə keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentində mübahisə - Bu yol Azərbaycanın nəzarətinə keçə bilər

Siyasət

23 Yanvar 2025 00:38 676


Ermənistanın Baş nazirin müavini Mher Qriqoryan parlamentdə deputatların suallarını cavablandırarkən çıxılmaz vəziyyətə düşüb.

Yenisabah.az "News.am"a istinadla xəbər verir ki, sərhədlərin müəyyənləşdirilməsindən danışan Qriqoryan əldə olunan razılaşmaları press-relizlər şəklində dərc etdiklərini və bu çərçivədən kənara çıxmadıqlarını bildirib.

Bu zaman “Hayastan” fraksiyasından deputat olan Qarnik Danielyan "Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Voskepar (Əskipara- red) -Kirants hissəsinin Azərbaycan tərəfinə verilməsi nəzərdə tutulurmu" sualı ilə Baş nazirin müavininə müraciə etdib. pizza hut

Qriqoryan suala aydın cavab verə bilməyib.

Daha sonra Qarnik Danielyan çıxış edərək deyib: "Bəlkə zaldan soruşaq ki, kimsə sizin dediyinizi başa düşüb, ya yox. Konkret sual verirəm, aydın cavab gözləyirəm".

Qriqoryan deputatı yalnız press-relizlərdə qeyd olunanlara inanmağa çağırıb./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!