Ermənistan parlamentində qalmaqal: Deputat istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentində qalmaqal: Deputat istefa verdi

Rəsmi

01 İyul 2022 16:27 1070


Ermənistan parlamentinin müxalifət fraksiyasının deputatı Armen Gevorkyan Regional və Avrasiya inteqrasiyası üzrə komissiyasının sədri vəzifəsindən istefa verib. 

Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, deputat bu müraciətlə bağlı məlumat yayıb.

Deputat bildirib ki, ölkədəki siyasi proseslər o yerə gətirib çıxarıb ki, aydın siyasi və insani etika qaydaları diktə olunur və ona bu vəzifəni tutmağa imkan vermir. pizza sifarişi

Ermənistan Milli Məclisi iyulun 1-də “Hayastan” fraksiyasının üzvləri İşxan Saqatelyanı parlament sədrinin müavini, Vahe Akopyanı isə İqtisadi məsələlər üzrə daimi komissiyanın sədri vəzifəsindən kənarlaşdırıb.

“Hayastan” fraksiyası kvotaya uyğun olaraq müxalifətə verilməli olan vəzifələrə yeni namizədlər irəli sürmək niyyətində deyil.

Bunu fraksiyanın katibi Artsvik Minasyan deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!