“Avqustun 2-də parlamentin ilk iclasında hakimiyyət jurnalistlərin sərbəst hərəkətini məhdudlaşdırmaq üçün Milli Məclisin ərazisinə bütöv bir əsgər batalyonu yerləşdirmişdi”.
Yenisabah.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edib: “Guya ki bu, təhlükəsizlik məqsədi ilə edilib. Milli Məclisin yeni binasına girməyimizə icazə verilmədi. "Laçın dəhlizi" kimi tanınan dəhlizlə getməyə də. Nə var-nə var, birdən parlamentdəki iqtidar fraksiyasının, xüsusən də, Məclis vitse-spikerlərinin ofislərinin yanından keçərik. Odur ki, kəsə deyil, dolanbac bir yolla jurnalistlərin lojasına üz tutduq. Dominos pizza
Bəzisi ilk dəfə Milli Məclisdə olan təhlükəsizlik əməkdaşları da bu vəziyyətdən narazı idilər, onları günahlandırmamağımızı istədilər, - “əmr belə verilib, biz də icra edirik”. Oxşar eybəcər məhdudiyyətlər 27 oktyabrdan sonra belə Milli Məclisdə tətbiq edilməmişdi”.
Telegram kanalımız