Ermənistan parlamentindən Brüssel görüşünə ilk reaksiya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentindən Brüssel görüşünə ilk reaksiya gəldi

Rəsmi

07 Aprel 2022 14:39 592


"İrəvan və Bakı, əslində, əvvəlcədən elan edilmiş bəyanatların icrasına doğru irəliləməyə müəyyən hazır olduqlarını bildiriblər".

Yenisabah.az "Armenianm News"a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin halkim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Vladimir Vardanyan deyib.

O, Avropa İttifaqının rəhbəri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənisistan Brüssel görüşünü şərh edib: Toyuqlu pizza

"Hər hansı detallar barədə danışmaq hələ tezdir. Buna baxmayaraq, görünür, tərəflərin danışıqlar prosesi çərçivəsində irəliləyiş üçün ortaq yanaşması və ortaq istəyi var".

Bəyanatda Dağlıq Qarabağın statusundan və ümumilikdə Qarabağ məsələsindən bəhs edilməməsi ilə bağlı iradlara cavab olaraq Vardanyan rəsmi Yerevanın mövqeyini xatırladıb: “Bir çox müşahidələrimizdə və açıqlamalarımızda, əslində, Qarabağlıların hüquqları ilə bağlı məsələlər vurğulanıb. Həmçinin vurğulanıb ki, bu, müəyyən hüquqlara malik olan şəxslərin göstərilən ərazidə faktiki mövcudluğu əsasında həllini tapmalı olan məsələdir və bu hüquqlar həyata keçirilməlidir.

Bu halda söhbət Ermənistan-Azərbaycan münasibətlərindən, əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsindən gedirdi. Əslində, onlar qarşılıqlı etimad və anlaşma mühitinin yaradılmasını müzakirə ediblər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!