Ermənistan parlamentinin sədri:   “Sülh sazişi gənclər üçün geniş qapılar açır“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentinin sədri: “Sülh sazişi gənclər üçün geniş qapılar açır“

Siyasət

12 Avqust 2025 11:07 226


Ermənistan parlamentinin spikeri Alen Simonyan gənc nəslə müraciət edərək Azərbaycanla imzalanmış sülh sazişinin tarixi əhəmiyyətini vurğulayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.

O, müqavilənin gənclər üçün yeni perspektivlər açdığını vurğulayıb. Toyuqlu pizza

"Ermənistan və Azərbaycan arasında imzalanan sülh sazişi ölkəmiz üçün iqtisadiyyatın gücləndirilməsi, təhsilin inkişafı və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində böyük imkanlar və geniş qapılar açır. Sizin nəsliniz davamlı sülhün ən böyük qurucusu və qoruyucusu olacaq. İnanıram ki, birlikdə məhdudiyyətlər, qeyri-müəyyənlik və qorxu olmadan arzularınızı həyata keçirə biləcəyiniz təhlükəsiz, ədalətli və çiçəklənən Ermənistan quracağıq", - deyə o bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!