Ermənistan prezidenti delimitasiyaya dair sənədi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan prezidenti delimitasiyaya dair sənədi təsdiqlədi

Dünya

25 Oktyabr 2024 14:13 536


Ermənistan prezidenti Vahan Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bundan əvvəl Ermənistan parlamenti sənədi ratifikasiya edib. Sənədin lehinə 67 deputat səs verib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Marqarita pizza

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!