Ermənistan prezidenti Armen Sarkisyan sabah keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar müraciət edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, o, bəyanatında seçki kampaniyasının ilk dövrünü dəyərləndirib. “Siyasi qüvvələrin səsini aldıqdan sonra həyata keçirəcəkləri proqramları və hədəfləri təqdim etmək üçün 10 gündən artıq bir fürsət var idi. Təəssüf ki, bu dövrdə dözümsüzlük, təhqir, təhdid təzahürləri olub, demokratiya uğrunda mübarizə aparan və ya demokratiyadan danışan siyasi qüvvələr və ya liderlər üçün uyğun olmayan hadisələr baş verib.
Qanuni və mənəvi sərhədləri aşmaq, vəziyyəti daha da gərginləşdirmək cəhdləri, xüsusən, nifrət və düşmənçiliyi təhrik etmək qəbuledilməz və qəti şəkildə qınanmağa layiqdir. Seçkilərdə iştirak edən bütün partiya və blokları, bütün deputatlığa namizədləri, silahdaşlarını və tərəfdarlarını hərəkətlərində və davranışlarında təmkinli və tədbirli olmağa, dözümlülük və hörmət göstərməyə, siyasi məqsədlər üçün əxlaq sərhədlərini pozmama çağırıram”, – deyə bəyanatda qeyd olunur. pizza mizza
Armen Sarkisyan hüquq-mühafizə orqanlarından istənilən qanun və hüquq pozuntusunu qətiyyətlə boğmalarını, qərəzsiz olmalarını, maksimum məsuliyyət göstərmələrini və qanuna uyğun hərəkət etmələrini tələb edib.
Telegram kanalımız