“Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil” - Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil” - Ceyhun Bayramov

Siyasət

29 Oktyabr 2020 18:22 940


Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə verdiyi müsahibəsində belə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsinə və ərazilərini işğaldan azad etməsinə baxmayaraq, Bakı humanitar barışığa razılıq verdi. pizza mizza

“Oktyabrın 10-da Moskvada qəbul edilən ortaq bəyanat, sonra oktyabrın 18-də Fransanın vasitəçiliyi və daha sonra oktyabrın 24-də ABŞ-ın vasitəçiliyi ilə təsdiqləndi. Ermənistan təcili humanitar barışıqla bağlı bütün bu razılaşmaları kobud şəkildə pozdu. Aydındır ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil. Ermənistanın baş naziri açıq şəkildə bəyan etdi ki, münaqişənin diplomatik həlli yoxdur”, - deyə C.Bayramov vurğulayıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!