Ermənistan Qarabağda iki quşçuluq ferması açır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Qarabağda iki quşçuluq ferması açır

Rəsmi

01 Yanvar 2022 09:44 1005


Ermənistan yaxın günlərdə Qarabağın Rusiya sülhməramlıları və separatçı-terrorçuların nəzarəti olan hissəsində iki kiçik quşçuluq ferması açmağı planlaşdırıb.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Quşçular İttifaqının sədri Sergey Stepanyan deyib.

"Bunlar kiçik təsərrüfatlardır, lakin Qarabağda yumurta istehsalını artıracaqlar", - Stepanyan vurğulayıb. Toyuqlu pizza

Onun sözlərinə görə, Qarabağın ermənilər yaşayan bölgəsindəki ən böyük “Martuni” quşçuluq ferması da öz işini bərpa edib. Hələlik ora Ermənistandan quş yemi gətirilir.

Ermənistan Pendirçilər İttifaqının sədri Armen Qiqoyanın qeyd edib ki, iki süd məhsulu (“Artsaxkat” və “Mu-Mu”) müəssisəsi də istehsalını bərpa edib, lakin indiyədək onlar əsasən Ermənistandan gətirilən süd tozu üzərində işləyirlər. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!