Ermənistanın “5165 Hərəkatı”, ictimai xadimlər Edqar Qazaryan, Avetik Çalabyan, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün qeyri-müəyyən müddətə mübarizəyə başlayırlar.
Yenisabah.az xəbər verir ki, bu barədə hərəkatın "Facebook" səhifəsində məlumat yayılıb.
Onlar aksiyanı Nikol Paşinyan və komandasının Qarabağın statusu ilə bağlı bəyanatlarını, "Artsaxı Azərbaycana verməyə hazır olduqlarını nəzərə alaraq" keçirmək niyyətində olduğunu bildirib. Sezar pizza
Aksiya İrəvanın Kentron (Azadlıq) meydanında baş tutmalıdır.
Analitiklər aksiyaların getdikcə daha geniş vüsət alacağını, müxalifətin əsas simalarından olan Köçəryan və Sərksiyan tərəfdarlarının da küçələrə çıxacağını proqnozlaşdırırlar.
Telegram kanalımız