Ermənistan qarışır: Əhali seçkiləri boykot edir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan qarışır: Əhali seçkiləri boykot edir

Rəsmi

27 May 2021 17:54 1865


Ermənistanda iyunun 20-də baş tutacaq parlament seçkilərinin problemsiz ötüşməyəcəyi ehtimal edilir.

Yenisabah.az xəbər verir ki, bu gecə Kəlbəcərdə təxribat törətməyə cəhd edərkən Azərbaycan Ordusu tərəfindən əsir götürülən erməni hərbçilərinin yaxınları Ermənistanda Şirak bölgəsində həm hakimiyyət orqanlarına, həm də müxalifətə seçki kampaniyasını qadağan edəcəyini bildirib:

“Mənim Adımım”dan və ya müxalifətdən heç kim Şiraka gəlməyə cəsarət etməsin. Uşaqlarımızı geri gətirin, sonra gəlin, onda yanınızda duracağıq. Çox az şey istəyirik-bütün məhbusları geri qaytarın”. pizza mizza

Onlar 6 erməni diversantının əsir düşməsindən danışarkən, “Bu baş verməliydi, çünki biz birləşmək əvəzinə mübarizə aparmağı seçirik”,-ifadələrinə yer verib.

Daha əvvəl əsir götürülən ermənilərin də yaxınları oxşar yanaşma nümayiş etdirib:

“Uşaqlarımız doğma yurdlarına ayaq basana qədər bölgədə heç bir seçki olmayacaq. Altı ay ərzində vədlərə inanırdıq. İndi isə  bölgədə hər hansı bir təşviqat aparmağı qadağan edirik və radikal addımlara hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!