Ermənistan qəzeti Rusiyanı ittiham etdi: “Moskvanın çirkin əməlləri ucbatından...“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan qəzeti Rusiyanı ittiham etdi: “Moskvanın çirkin əməlləri ucbatından...“

Rəsmi

01 Sentyabr 2021 11:02 2237


"Rusiya mina xəritələrini birtərəfli qaydada verilməsini təşviq edərək çirkli əməllərini artıq həyata keçirib".

Yenisabah.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazıb.

Erməni nəşri qeyd edib: Marqarita pizza

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanı niyə erməni əsirləri azad etməyə çağırması təəccüb doğurur.

"Hraparak" qəzeti mövzunu inkişaf etdirərək bu barədə yazır. "Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə keçirdiyi birgə mətbuat konfransında Lavrov 9 Noyabr və 11 Yanvar sənədlərindən danışdı və vurğuladı: "Bu prosesin bərpası ilə deyil, artıq imzalananların yerinə yetirilməsi ilə bağlıdır".

O, həmçinin qeyd edib: “Mina sahələrinin xəritələrini təhvil verən Ermənistanın addımını dəstəklədik. Düşünürük ki, belə addımlarla eyni torpaqda birlikdə yaşaya və eyni hava ilə nəfəs ala bilərsiniz. Bunu hər cür təşviq edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!