“Ermənistan qurduğu tələyə özü düşəcək” – Hulusi Akar

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan qurduğu tələyə özü düşəcək” – Hulusi Akar

Siyasət

15 İyul 2020 15:54 1146


Türkiyənin Müdafiə naziri Hulusi Akar Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyətin kəskinləşməsinə münasibət bildirib. 

Yenisabah.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hulusi Akar Ermənistanın qurduğu tələyə özünün düşəcəyini bildirib.

“Hücum nəticəsində şəhid olan can qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm. Bunu dəqiqliklə bildirmək istərəm ki, Yuxarı Qarabağı heç bir hüquqi əsas və legitimliyə istinad etmədən işğal edən Ermənistana qarşı Azərbaycanın, azərbaycanlı silahdaşlarımızın sonunadək yanındayıq. Möhtərəm Prezidentimizin dediyi kimi, bu mənfur hücumu edənlər başlarından böyük işə girişiblər. Ermənistan qurduğu tələyə özü düşəcək”, – deyə Türkiyənin Müdafiə naziri vurğulayıb. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!