Ermənistan rəsmisi: KTMT-dən çıxma məsələsi müzakirə edilmir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan rəsmisi: KTMT-dən çıxma məsələsi müzakirə edilmir

Dünya

26 Noyabr 2025 12:22 514


Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib. Dominos pizza

“Ermənistan iştirak etmir, lakin qərar və sənədlərin qəbul edilməsinə də mane olmur. Bu mərhələdə siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətə uyğun aparır. Həm şaxələndirmə, həm də balanslaşdırma siyasəti elan edilib. Ermənistan qərar qəbul edir və əlavə məlumat olarsa, biz məlumat verəcəyik”, - XİN rəhbərinin müavini qeyd edib.

Xatırladaq ki, Ermənistan KTMT-nin Bişkekdə keçirilən sammitində iştirak etmir, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!