“Ermənistan konstitusiyasının dəyişdirilməsi Rusiyanın istəyidir”.
Bunu “Yeni Sabah”a politoloq Zərdüşt Əlizadə bildirib.
O, Ermənistanda proqnozlaşdırılan növbəti seçkilər və bu seçkilərdən sonra Müstəqillik Aktına dəyişikliklərlə bağlı ehtimalları dəyərləndirib. Dominos pizza
“Məsələ ondadır ki, hazırda Nikol Paşinyanın atdığı silsilə addımlar digər ölkələrdə də tətbiq edilir. Hər hansı hökumət başçısı hiss edəndə ki əhali arasında nüfuzu azalır, həmin vaxt öz hökumətini silkələyir və komandasını təzələyir.
Baş nazirin qeyd etdi ki, nazirlərdən istefaya getməsini məhz özü xahiş edib. Onlar da hökumət başçısının xahişini yerinə yetiriblər. Bütün bunları nəzərə alsaq, Ermənistanda növbədənkənar seçkilərin keçiriləcəyi ehtimalı var. Paşinyan bundan öncə bildirmişdi ki, 2025-ci ilin sonunda yeni konstitusiya layihəsinin müzakirəsinə başlayacaq və 2026-cı ilin ortalarında isə yəqin ki, yeni konstitusiyanı qəbul edəcəyik”, - deyə politoloq şərhini verib.
Z. Əlizadənin fikrincə, Ermənistan konstitusiyasının dəyişdirilməsi əslində, daha çox Rusiyanın istəyidir:
“Azərbaycan çox gözəl anlayır ki, Ermənistan konstitusiyasının hansı formada olmasından asılı olmayaraq, İrəvanın bundan sonra ərazi iddiası irəli sürməsi mümkün deyil. Amma Moskva istəyir ki, gələcək sülh müqaviləsində Rusiyanın da hansısa bir iştirakı olsun. Ermənistan isə bunu istəmir. Əslində, Azərbaycan da Kremlin iştirakında maraqlı deyil, ancaq məsuliyyəti Ermənistanın üzərinə qoyur. Bu, yüksək diplomatik məharətdir.
Ümumən proses çox mürəkkəbdir. Bakı və İrəvan münaqişəyə nə qədər tez son qoysa, hər ikisi üçün bir o qədər xeyirlidir”.
Nazim Hacıyev
Telegram kanalımız