Ermənistan səfiri Xətibzadə ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan səfiri Xətibzadə ilə görüşdü

Dünya

15 Aprel 2025 13:10 189


Ermənistan və İran əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İslam Respublikası XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (SBAM) direktoru Səid Xətibzadə ilə görüşüb.

Həmsöhbətlər ekspertlər səviyyəsində dialoqun daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Ermənistan XİN-in Diplomatik Məktəbi ilə SBAM arasında mövcud əməkdaşlıqdan bəhs edilib, birgə proqramların təşkili və təcrübə mübadiləsi imkanları müzakirə edilib. pizza

Görüşdə arxiv sənədlərinin mübadiləsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!