Ermənistan silahlı qüvvələri Kəlbəcər və Gədəbəyi atəşə tutdu   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan silahlı qüvvələri Kəlbəcər və Gədəbəyi atəşə tutdu - RƏSMİ

Hadisə

13 Avqust 2021 21:50 1048


Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 16:25-dən 20:30-dək fasilələrlə Basarkeçər rayonunun Aşağı Zağalı, Zərkənd və Çəmbərək rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Toyuqlu pizza

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!