Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində yanğınlar törətdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində yanğınlar törətdi

Hadisə

25 Avqust 2021 19:11 955


Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib.

Yenisabah.az “Nuhçıxan”a istinadən xəbər verir ki, son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədilir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır.

Düşmən müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir. Dominos pizza

Əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər.

Düşmənin təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!