Ermənistan sosial partlayış ərəfəsində:   Ölkədə qıtlıq yarandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sosial partlayış ərəfəsində: Ölkədə qıtlıq yarandı

Rəsmi

08 Sentyabr 2021 01:52 1480


44 günlük müharibədən sonra Ermənistanda təkcə siyasi deyil, həm də sosial-iqtisadi böhran yaşanır. 

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, hazırda ölkədə kəskin bahalaşma müşahidə olunur. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində əhəmiyyətli sıçrayış var. 

Ermənistan müxalifəti bahalaşma dalğasını hökumətin yarıtmaz siyasəti ilə izah edir və prosesin acı nəticələrə səbəb olacağı barədə mülahizələr yürüdür. pizza

Artıq cəmiyyətdə də bahalaşma ilə bağlı narazılıqlar baş qaldırır. Bəzi mülahizələrə görə, onsuz da zəif olan Ermənistan iqtisadiyyatının böhran yaşaması rəsmi İrəvanın müharibə planlarından da irəli gəlir. Ermənistan hazırda yenidən ordu qurur. Bu məqsədlə büdcədən milyonlarla vəsait xərclənir. Yəni, hazırda Ermənistan hökuməti üçün prioritet məsələ hərbi cəhətdən güclənməkdir. Sosial rifahın yaxşılaşdırılması siyasəti isə arxa plana keçirilib. Lakin müşahidələr göstərir ki, ordu quruculuğu da lazımi səviyyədə getmir. Çünki qüdrətli ordu yaratmaq üçün Ermənistanın kifayət qədər maliyyə vəsaiti yoxdur. 

Ərzaq məhsullarının bahalaşması həm də qıtlığa səbəb olub. Ermənistan mediası yazır ki, hazırda ölkədə kisə ilə qənd, şəkər tozu və un almaq mümkün deyil. "Supermarketlər kisə şəkər tozu satmaqdan imtina edirlər. Bizə müraciət edən sakinlər deyir ki, hətta kilo ilə qənd ala bilmirlər. Bəzi mağazalarda isə, ümumiyyətlə, qənd yoxdur”, - "Joxovurd” qəzeti yazır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!