Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi

Hadisə

01 Dekabr 2020 13:41 962


Ötən gün ermənilər tərəfindən meyiti təhvil verilən Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Fəxrəddin Yaqubov bu gün dəfn olunacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun çalışdığı Xətai rayonu 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasından  məlumat verilib. Onun müharibənin ilk günlərindən ən təhlükəli yerlərdən şəhid və yaralı daşıdığı bildirilib: 

“O, həddindən artıq yaxşı insan idi. Özü də Qubadlı rayonundan idi, iki ay idi ki, Qarabağda yaralı daşıyırdı. Adətən, işçilər 10 günlük ezam olunurlar və qayıdırlar. Fəxrəddin dayı çox vətənpərvər insan idi, hamıya kömək etmək istəyirdi, ona görə də bu müddət ərzində cəbhədə olub. Bütün kollektiv onun ölüm xəbərindən çox sarsılıb”. pizza sifarişi

Xatırladaq ki, Fəxrəddin Yaqubov cəbhə bölgəsində olan əsgərlərə yardım apararkən noyabrın 22-də itkin düşmüşdü. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu. Ötən gün cəsədlərin dəyişdirilməsi zamanı F. Yaqubovun da meyiti Azərbaycana qaytarılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!