Ermənistan təşviş içində: Paşinyan Təhlükəsizlik Şurasını topladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan təşviş içində: Paşinyan Təhlükəsizlik Şurasını topladı

Rəsmi

13 Dekabr 2022 12:53 1763


Laşın-Şuşa yolundakı aksiya Ermənistanda təşvişə səbəb olub. Erməni KİV-ləri dünən səhər saatlarından başlayaraq, mülki azərbaycanlıların keçirdiyi aksiyaya siyasi don geyindirərək, onları çətin günlərin gözlədiyini yazır. 

Qeyd edək ki, rəsmi İrəvan da Qarabağda cərəyan edən hadisələri yaxından izləyir. Ermənistan baş naziri Nikol Paşinyan artıq Təhlükəsizlik Şurasının (TŞ) toplantısını keçirib.

Yenisabah.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclas növbədənkənar qaydada çağırılıb. Marqarita pizza

Erməni mətbuatının ayzdığına görə, iclasda Ermənistan prezidenti Vahaqn Xaçaturyan, parlamentin spikeri Alen Semonyan, baş nazirin aparatının rəhbəri Arayik Harutunyan, parlamentdəki hakim "İctimai Müqavilə" fraksiyasının rəhbəri Hayk Koncaryan iştirak edib.

Növbədənkənar iclasda regiondakı vəziyyət və Laçın yolundakı hadisələr ətrafında müzakirələr aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!