Ermənistan təşviş içindədir:  “Azərbaycanın strategiyası və konkret hədəfi...“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan təşviş içindədir: “Azərbaycanın strategiyası və konkret hədəfi...“

Rəsmi

28 İyul 2021 20:16 3222


"İndi Ermənistan və Azərbaycan sərhədində baş verənlərə aşağı intensivli münaqişə deyilir. 2000-ci illərin əvvəlindən və ya ortalarından başlayaraq keçən ilə - İkinci Qarabağ Müharibəsinə qədər o hər zaman mövcud idi".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan bildirib.

"Ancaq o vaxt da zaman-zaman atəş açılırdı, müxtəlif növ eskalasiyalar olurdu, həm Azərbaycan, həm də Ermənistan hərbçilərinin bəzi əraziləri, nəzarət nöqtələri, yolları və s. ələ keçirməsi baş verirdi", — deyə İskandaryan fikrini tamamlayıb. Dominos pizza

Bununla belə, politoloqun fikrincə, indi baş verənlər təsadüfi deyildi, çünki Azərbaycanın strategiyası və konkret hədəfi var. "Deməli, Bakıda, qatarların dayanmadığı, Ermənistanın cənubundan keçən bir dəmir yolu istəyirlər. Bu dəmir yolu da Türkiyəyə çatacaq. İkincisi, Azərbaycan bu ölkənin səlahiyyətlilərinin, bir növ, Azərbaycan sərhədlərinin tanınması və Qarabağın faktiki olaraq Azərbaycana daxil edilməsi kimi ictimaiyyətə təqdim edə biləcəyi bir müqavilənin imzalanmasına nail olmağa çalışır. Yəni Bakı Qarabağ müharibəsinin sonunu elan etmələrinə imkan verəcək bir razılaşma əldə etmək istəyir”, — deyə ekspert izah edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!